“Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları” yeni redaksiyada təsdiqlənib.
Nazirlər Kabineti bu barədə qərar verib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Məlumat bankının “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Məlumat bankının “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.
visiontv.az