Əbu-Dabidə Ukrayna ilə bağlı üçtərəfli danışıqların tarixi hələ müəyyən edilməyib.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Qeyd edək ki, ötən həftə Rusiya Vladimir Putin və Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında keçirilən görüşdən sonra Rusiya-ABŞ-Ukrayna formatında Ukrayna nizamlanması ilə bağlı danışıqların bərpasına qərar verilib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, görüş noyabrın 10-dan sonra Əbu-Dabidə baş tuta bilər. Onun sözlərinə görə, bu görüş ilkin xarakter daşıyır və gözləntilər yüksək olmamalıdır.
visiontv.az