Yaponiyada yeniyetmələr məşhur sosial media trendinə qoşularaq polis əməkdaşlarını qəsdən təhrik edirlər.
Visiontv.az-ın "Nippon" nəşrinə istinadən verdiyi məlumata görə, "sorindzi-reysinq" adlanan bu trend çərçivəsində azyaşlılar asayiş keşikçilərinin diqqətini cəlb edib sonra qaçmaq məqsədilə fişənglər atır, təcili yardım xidmətlərinə yalançı zənglər edir və iğtişaşlar törədirlər.
Xüsusilə, yeniyetmələr küçə taksofonlarından polisə zəng edərək iki söz qışqırır və dəstəyi asırlar. Daha cəsarətli olanlar isə polis şöbələrinin şüşə qapılarını təpikləyir və məlumat plakatlarını qoparırlar.
Təkcə Osaka şəhərində son iki ay ərzində bu cür 250 hadisə qeydiyyata alınıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları 7-16 yaş arası 43 nəfər barəsində müvafiq tədbirlər görüblər. Onlar əmlaka ziyan vurmaqda ittiham olunublar.
visiontv.az