Kür çayının suyunun səviyyəsi ilə bağlı mühüm açıqlama
27.10.2026

"Yaxın vaxtlarda Kür çayının suyunun azalması gözlənilmir".

Bunu jurnalistlərə açıqlamasında  Azərbaycan Dövlət Su Ehtiyatları  Agentliyinin (ADSEA) nümayəndəsi Akif Quliyev deyib.

O bildirib ki, hazırda 14 milyard kubmetrdən çox suyun toplanması həyata keçirilib:

"Bildiyiniz kimi, ümumiyyətlə, bu sadalanan işlərin hər birinə Prezident tərəfindən yaradılmış Su Komissiyası tərəfindən xüsusi nəzarət edilir. Biz agentlik olaraq suyun uçotunun aparılması istiqamətində hər bir işimiz - anbarların həm doldurulması, həm boşaldılması, həm də Kürə suyun buraxılması ilə bağlı gündəlik hesabatlar aparılır, aidiyyəti üzrə təqdim olunur. Qeyd etmək istəyirəm ki, Kür çayının səviyyəsinin düşməsi hələlik bir neçə il mümkün olmayacaq. Amma bir neçə il əvvələ qədər Kürün səviyyəsinin düşməsinin səbəblərindən biri ekoloji tarazlığın pozulması idi ki, bu da yağıntıların az olması idi".

visiontv.az