Dünyanın qadın siyasətçiləri barədə rubrikamız davam edir. Bu dəfə İtaliya qadın siyasətçisi Corciya Meloni barədə maraqlı məlumatları sizə təqdim edirik: İtaliyada İkinci Dünya müharibəsindən sonra seçicilər ilk dəfə sağçılara səs verdilər. 45 yaşlı Meloni bununla İtaliyanın ilk qadın baş naziri seçildi.
Siyasətə gəlməmişdən əvvəl jurnalist olan 45 yaşlı Meloni 2014-cü ildən bəri neofaşist kimi təsvir edilən FDL-ə rəhbərlik edib.
2020-ci ilin sentyabrından Avropa Mühafizəkarlar və İslahatçılar Partiyasının sədri olan Meloni ölkəsinə rəhbərlik etmək istəyir.
1977-ci ildə anadan olan və ilk dəfə 2006-cı ildə İtaliya Deputatlar Palatasına seçilən Corciya Meloni 2012-ci ildə siyasətçi dostları İgnazio La Russa və Guido Crosetto ilə birlikdə ifrat sağçı, neofaşist olan İtaliya Qardaşları Partiyasını qurub.
Meloni 2014-cü ildə partiya sədri olub, lakin həmin il Avropa Parlamentinə seçilməyib.
Bir uşaq anası olan Meloni eynicinsli nikahlara və eynicinsli cütlüklərin övladlığa götürülməsinə qarşı mövqeyi ilə tanınır.
O, sabiq Baş nazir Draqinin istefa verərək yaratdığı “milli birlik” hökumətində iştirakdan imtina edib.
Meloni başçılıq etdiyi partiya qeyri-qanuni immiqrasiyaya “sıfır dözümlülük” yanaşmasına malikdir və bu istiqamətdə Aİ razılaşmalarının yenidən müzakirə olunmasını istəyir.
“Post-faşist” olaraq xarakterizə edilən İtaliya Qardaşlığı Partiyası qeyri-qanuni mühacirlərə diqqət çəkir və “Avropanın İslamlaşması” iddiasını səsləndirir.
O, İtaliya Konstitusiyasına ölkə qanunlarını Avropa qanunlarından üstün tutmaq üçün düzəliş edilməsini dəstəkləyir.
“Xalqın iradəsi bir şəkildə ifadə olunur: səsvermə yolu ilə” deyir.
“İtaliyaya yenidən ümid və güc verək”.
Bünyamin Bünyadzadə
Visiontv.az