İstehsalat üçün yetərli sərmayə yoxdur: İranın iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Himməti
04.12.2024

İranda istehsalatı artırmaq üçün lazımi sərmayə toplamaq mümkün olmayıb.

Bunu İranın iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Himməti deyib.

Onun sözlərinə görə, son iki il səkkiz ayda İran iqtisadiyyatına 2 milyard 100 milyon dollar sərmayə qoyulub.

Nazir qeyd edib ki, iqtisadi inkişafın səviyyəsi üç-dörd faizi keçməyib: “8 faizli iqtisadi səviyyəyə yetişmək çox çətindir”.

Əbdülnasir Himmətinin sözlərinə görə, ölkəsində məhsuldarlıq sıfıra yaxındır, istehsalda istifadə üçün xarici sərmayə azdır.

visiontv.az