HAMAS-ın Xan Yunis briqadasının kəşfiyyat komandiri Məhəmməd Əbu Saleh dünən Qəzzada İsrail ordusunun əməliyyatı nəticəsində öldürülüb.
Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
“Məhəmməd Əbu Saleh dəqiq zərbə nəticəsində öldürülüb. Hücumdan əvvəl mülki şəxslərə dəyən ziyanın minimallaşdırılması üçün tədbirlər görülüb”, - məlumatda qeyd olunub.
Məhəmməd Əbu Salehin 7 oktyabr hücumlarında iştirak etdiyi vurğulanıb.
visiontv.az
Kallas: Aİ Hörmüz boğazına qüvvə göndərmək istəmir, müharibəyə qoşulmaq niyyətimiz yoxdur