Rusiya İranla peyk şəkilləri və dron texnologiyası paylaşır- "Wall Street Journal"
19.03.2026

Rusiya Amerika qüvvələrini hədəfə almaq və hücum qabiliyyətlərini artırmaq səylərini dəstəkləmək üçün İrana peyk şəkilləri və qabaqcıl pilotsuz uçuş aparatı (PUA) texnologiyası təqdim edib.

Bu barədə "Wall Street Journal" məlumat yayıb. 

Nəşrinn məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, Rusiya həmçinin Tehrana İran istehsalı olan "Şahid" dronları üçün əsas komponentlər də təqdim edir. Bunun məqsədi İranın rabitə, naviqasiya və hədəf alma qabiliyyətlərini artırmaqdır.

Yüksək vəzifəli Avropa kəşfiyyat rəsmisi iddia edib ki, Rusiya İrana əməliyyatlarda istifadə ediləcək dronların sayı və hücumlar üçün hansı hündürlükdə istifadə ediləcəyi barədə taktiki məlumat verir.

Məlumatda həmçinin iddia edilir ki, Rusiya İrana ABŞ hərbi qüvvələrinin Yaxın Şərqdəki yeri barədə məlumat verib.

visiontv.az