“Wall Street Journal”ı Mossad agenti ilə iranlı hərbi komandir arasında şok telefon danışığını yayıb.
The Wall Street Journal qəzetinin yaydığı son məlumata görə, Mossad əməkdaşı ilə İranın yüksək rütbəli hərbi komandirlərindən biri arasında baş tutan telefon danışığının detalları açıqlanıb. Bu danışıq İran rejiminə qarşı aparılan informasiya müharibəsinin yeni tərəflərini üzə çıxarır.
Məlumata əsasən, Mossad agenti telefon danışığında fars dilində komandirə belə deyib:
“Səsimi eşidirsən? Biz sənin haqqında hər şeyi bilirik. Sən bizim qara siyahımızdasan və bütün məlumatların əlimizdədir.”
Daha sonra agent birbaşa xəbərdarlıq edərək bildirib:
“Sənə əvvəlcədən xəbərdarlıq etmək üçün zəng etdim. Öz xalqının yanında olmalısan. Əks halda sənin sonun liderin kimi olacaq.”
Xəbərə görə, iranlı komandir əvvəlcə qısa şəkildə “Yaxşı” cavabını versə də, daha sonra yalvarış tonunda əlavə edib:
“Qardaş, Qurana and içirəm, mən sizin düşməniniz deyiləm. Mən artıq ölmüşəm. Sadəcə, xahiş edirəm bizə kömək edin.”
visiontv.az