Şiraz şəhərində Məhəmməd Xosrovani adlı hakim qətlə yetirilib. Bildirilib ki, o, Şiraz Prokurorluğunda köməkçi prokuroru və müstəntiq kimi də fəaliyyət göstərirdi.
Məlumata görə, o, İsrailin hava hücumları nəticəsində qətlə yetirilib.
Xosrovani bir sıra rezonans doğuran işlərdə, o cümlədən 2018-ci ildə etirazlar zamanı saxlanılan gənc nümayişçi Nəvid Əfkari ilə bağlı istintaq və məhkəmə prosesində iştirak edib və həmin iş üzrə çıxarılan ölüm hökmünün hazırlanmasında rol oynayıb.
visiontv.az