İranla müharibə regionu yenidən formalaşdıra bilər
21.03.2026

ABŞ kəşfiyyat icmasının son Ümumdünya Təhdid Qiymətləndirməsi hesabatında bildirilir ki, Iranda narazılığın iqtisadi, siyasi və sosial səbəbləri qalmaqdadır və bu, gələcəkdə yeni etirazlara təkan verə bilər.

Hesabatda qeyd olunur ki, İran iqtisadiyyatı aşağı artım tempi, məzənnə dəyişkənliyi və yüksək inflyasiya ilə mübarizə aparmağa davam edir və sanksiyaların yüngülləşdirilməsi olmadan bu tendensiyaların davam edəcəyi gözlənilir.

Qiymətləndirməyə görə, “Epimk Qəzəb” əməliyyatı demək olar ki, İranın gücünü regionda proyeksiya etmək imkanlarını məhdudlaşdırıb. Bununla belə, Tehran hələ də mövcud imkanlarına — o cümlədən inkişaf etmiş ballistik raketlərə, pilotsuz uçuş aparatlarına və regiondakı müttəfiq şəbəkələrə — arxalanır.

ABŞ kəşfiyyat analitikləri həmçinin hesab edir ki, İsrail rəhbərliyi regional rəqibləri çəkindirmək üçün proaktiv və bəzən təxribat xarakterli hərbi addımları davam etdirəcək. Əgər İran rəhbərliyi hakimiyyətdə qalarsa, İsrail İranın “12 günlük müharibə” və “Epimk Qəzəb” əməliyyatı zamanı zəiflədilmiş imkanlarının bərpasının qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə edəcəyi gözlənilir.

visiontv.az