Qum şəhərinin həbsxanasında Mehdi Qasimi, Saleh Məhəmmədi və Səid Davudi adlı siyasi məhbuslar edam edilib.
Bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Onlar İranda yanvar etirazlarında təhlükəsizlik orqanlarının əməkdaşlarının ölümündə günahlandırılıblar.
İnsan haqları təşkilatları adı çəkilən şəxslərin qətldə əli olmadığını və aksiyalara rəhbərlik etdiklərinə görə cəzalandırıldıqlarını bildiriblər.
Hüquq müdafiəçiləri bir neçə gün əvvəl İran hökumətinin siyasi məhbusları edam edəcəyi barədə xəbərdarlıq bəyanatları yaymışdılar.
visiontv.az