Qətərin qaz sənaye mərkəzində gəmiyə "naməlum" mərmi dəyib
20.03.2026

Qətərin Ras Laffan qaz sənayesi mərkəzi yaxınlığında bir gəmi vurulub. Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) qurumu bu barədə məlumat aldığını bildirib.

"Bir gəmi naməlum mərmi ilə vurulub. Ekipaj üzvlərinin sağ-salamat olduğu bildirilir", – UKMTO X-də yazıb.

Qətər İranın regiondakı enerji obyektlərini hücumlarını pisləyib. Söhbət Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) enerji obyektlərinə son hücumlardan gedir. Əbu-Dabi bu hücumları beynəlxalq hüququn ciddi pozuntusu, qlobal enerji təhlükəsizliyi, naviqasiya və ətraf mühitə təhdid adlandırıb.

"İranın region ölkələrinə qəddar hücumları dinc şəxsləri, mülki obyektləri və həyati əhəmiyyətli obyektləri hədəf alaraq bütün qırmızı xətləri keçib", – Qətər Xarici İşlər Nazirliyi (XİN) martın 19-da bildirib.

visiontv.az