Bu il İranda edam edilən qadınların neçəsi azərbaycanlıdır?
20.07.2026

2026-cı ildə İran həbsxanalarında edam edilən 11 qadının 5-i azərbaycanlıdır.

Bu barədə İran İnsan haqları Təşkilatının hesabatında bildirilib.

Məlumata görə, onlar narkotik maddələrin alveri və adam öldürməkdə ittiham olunublar.

Bununla yanaşı cari ilin əvvəlindən bu günə kimi İranda kimliyi müəyyənləşdirilən edam edilənlərin sayı 399 nəfərdir.

İranlı Məhbusların Hüquqlarını Müdafiə Təşkilatı isə 2026-cı ildə edam olunanların ümumi sayının 877 nəfər olduğunu bildirib.

Onların 50-dən çoxu isə etiraz aksiyalarında iştirak etdiklərinə və siyasi ittihamlara görə cəzalandırılıblar.

visiontv.az