Mənim həqiqətlərim: Adamı diri-diri basdırırlar
20.07.2026

Sosial media üzərindən yazdığım qeydlər.

Rusiyadan Tehrana "Qiyamət günü" təyyarəsi Müctəba Xameneidən olub-qalanı Çinə aparmaq üçün gəlmişdi. Görünür İranda nəticə əldə edə bilmədilər. Hazırda Müctəbanı yalnız Çinin mütəxəssisləri və müasir tibbi avadanlığı ayağa qaldıra bilər. Ola bilər uzun danışıqlardan sonra Pekin Müctəbanın Çinə aparılmasına razılıq verib. Rusiya isə "dostavka" işini həyata keçirib/

***

İranın Kəşfiyyat Nazirliyi yaydığı bəyanatda bildirilir ki, İsrailin bir neçə televizya kanalı, BBC, Amerikanın səsi, Azadlıq radiosu o cümlədən AzTV və GünazTV-i ilə istənilən formada əlaqədə olan, onlara məlumat, mesaj, foto və video göndərən şəxslərin "casusluğa görə cəzanın artırılması haqqında qanunun 4-cü maddəsinə" əsasən ağır cəzalandırılacaqları.

Günaz TV-ni başa düşdüm, dövlət kanalı olan AzTV-ni niyə qara siyahıya salıblar?

***

Azərbaycan-ABŞ əməkdaşlığının əsas prinsipi: Yaxınlaşma və praktik əməkdaşlıq.

***

"Biz Türkiyə ilə təkcə qardaş deyilik, həm də müttəfiqik" 

***

Dünyanın ən böyük dövləti olan ABŞ-nin prezidenti Donald Tramp demək olar ki hər gün hansısa telekanala müsahibə verir. Özü də blogğerə yox peşəkar televiziya müxbirinə və ya aparıcısına. Onu da nəzərə alın ki, əksər sosial şəbəkələr ABŞ-də yaradılıb. Amma heç kim TV-ləri öldürüb basdırmır))

P.S. Qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də adətən peşəkar telekanal spikerlərinə müsahibə verir. Amma nədənsə bəzi "islahatçılar" peşəkar medianı diri-diri torpağa basdırmaq istəyir.

***

Cənubi Qafqaz regionunu anlamaq üçün əvvəlki metodologiya köhnəlib.

***

Çox qəribədir ki, tək bizdə medianı və nümayəndələrini tələm-tələsik basdırmaq istəyirlər. Halbuki sosial şəbəkələri yaradanlar media öldü demir. Və yaxın günlərdə öləcəyini də demir. Hər iki istiqamət müstəqil fəaliyyət göstərir. Və bir-biri ilə düşmənçilik belə etmirlər. Əksinə bir-birinə dəstək verirlər. Bizdə isə adamı diri-diri basdırırlar.

***

Maraqlı bilirsiniz nədir?

Prezident İlham Əliyev vaxtilə ermənilərə dəstək durub Qarabağı xaraba qoyan Avropa dövlətlərinin liderlərini indi bir-bir Ağdama, Şuşaya, Füzuliyə gətirib bərpa prosesinə şahid və iştirakçı edir.

Bir mətn şəkili ola bilər

***

Qalmışıq 10 milyon insanın arasından var-gəl edən 100-200 min avaranın əlində. Bunlar bütün günü tik-tokda, instaqramda özləri kimi avaraların meymunluğuna baxacaqlar deyə yerdə qalan 10 milyonu görməzdən gəlirlər. Özünü öldürsün 500 min. 10 milyonun içində 500 min heç nə ifadə etmir ki, ciddi medianı və onun nümayəndələrini iqnor edəsiniz. Prezidentin verdiyi mesajı dediyim o 500 min nə qanır, nə də ona maraqlı deyil. Hətta bu fikirləri blogger dedikləriniz yaysa belə. Hərçənd onların əksəriyyəti də Prezidentin verdiyi mesajlardan başa düşdüyü bir şey yoxdur. Prezidentin tezislərini bütün günü ciddi media və jurnalistlər yayır, şərh edir, müzakirələr aparırlar. Belə olduğu halda bu yazıqları niyə qapı arxasında qoyursunuz. Selfi çəkdirib yaymaqla tədbirin siyasi əhəmiyyətini, geosiyasi proseslərdəki rolunu kiməsə anlada bilməyəcəksiniz axı. Mənim o tədbirə getmək kimi bir hədəfim yoxdur. Sadəcə həvəslə işləyən gənc jurnalistlərin tədbirdən təssüf doğuran statuslarını oxuyuram deyə fikir bildirdim.

***

IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev regionda müharibə edən və təhlükə mənbəyinə çevrilən hər bir dövlətə açıq mətnlə Türkiyə ilə imzalanan Şuşa bəyannaməsini xatırlatdı. Hətta bəyannamənin mətnindən misal şəkdi: "Əgər tərəflərdən birinin başına xoşagəlməz hadisə gəlsə, digəri bütün imkanları, o cümlədən hərbi potensialı ilə qardaşını müdafiə etmək üçün onun yanında olacaq".

Prezident hamıya izah etdi ki, Azərbaycanın Türkiyə ilə müttəfiqliyi regional təhlükəsizlik üçün əsas amildir.

***

Şuşa "sülh və etimad"ın yəni dağıntı, bərpa və dialoqun vizual sübutudur.

***

Qızım Aytənin növbəti uğurunu bölüşmək istəyirəm. Qızım Harvard Universitetinin "HarvardX" layihəsi çərçivəsində, İncəsənət və Elmlər Fakültəsinin "Justice" (Ədalət(Siyasət və Əxlaq Fəlsəfəsi) kursunu və İlahiyyat Məktəbinin "Religious Literacy: Traditions and Scriptures" (Dini Savadlılıq: Ənənələr və Müqəddəs Yazılar) kursunu edX platforması vasitəsilə bitirdiyini təsdiq edən sertifikata layiq görülüb.

Övladlarınızı elm dalınca göndərin. Uğurlarından çox gözəl hisslər keçirəcəksiniz.

***

Media Masasında Mirşahinin öhdəsindən qismən aparıcı gəlir.

Vəfa xanımın studiyada baş verənlərə soyuqqanlı yanaşması, əks həmləsi və verilişdə tarazlıq yaratmaq cəhdləri uğurlu alınıb.

Bir bir və ya daha çox şəxs, xəbər otağı və bunu deyən yazı "REAL TV-da yeni layiha MEDIA MASASI Media haqqında danışmaq yox, medianın anın özü ila danı danışmaq şmaq vaxtıdır. dır. medi 好公 MirŞahinAğayev Mir Şahin Ağayev REAL - ni In baş direktoru Vafa Hamzayeva Moderator Radik İsmayılov "ARB 24" telekanalının nin icraçı direktoru Media dayişir, masuliyyat dayişmir." şəkili ola bilər

visiontv.az