İranın birinci vitse-prezidenti internet məhdudiyyətlərini tənqid etdi
09.09.2026

İranın birinci vitse-prezidenti Məhəmmədrza Arif ölkədə internetə tətbiq edilən məhdudiyyətlərin nəticəsiz olduğunu bildirib və VPN-lərin istifadəsinin təhlükəsizlik baxımından risk yaratdığını deyib.

Arifin sözlərinə görə, İran internet məkanında öz mədəni və milli dəyərlərinə uyğun siyasət yürütməli, eyni zamanda kiberməkanda suverenliyini təmin etməyi və idarə etməyi bacarmalıdır.

O, internetə məhdudiyyətlərin tətbiq edilməsinin ölkənin kibertəhlükəsizlik sahəsində nəzarət imkanlarını zəiflətdiyini bildirib.

“İnternet təhlükəsizliyində dominantlığımızı pozan vasitələr mövcuddur. Bu arada, kiberməkanda suverenliyimizi təmin etməyi və idarə etməyi bacarmalıyıq. Məhdudiyyətlər təhlükəsizlik dominantlığımızı pozur və biz bu problemin nəticələrini son müharibələr zamanı gördük”, – deyə Arif qeyd edib. 

visiontv.az