Bakı Limanı Xəzər dənizinin qərb sahilində Avropaya açılan yeganə qapı və liman olaraq böyük inkişaf potensialına malikdir.
Bu barədə jurnalistlərə açıqlamasında Çinin "Lyanyunqan" limanının xarici əlaqələr üzrə vitse-prezidenti Jiang Vei deyib.
O qeyd edib ki, 2018-ci ilin ortalarından etibarən "Lyanyunqan" və Bakı arasında çox sıx tərəfdaşlıq əlaqələri qurulub. 2024-cü ildə Trans-Xəzər daşımaları haqqında çərçivə sazişi imzaladıq, 2025-ci ildə isə əməkdaşlığı daha da dərinləşdirərək ətraflı danışıqlar apardıq.
"Biz "Azərbaycan Dəmir Yolları" QSC və Bakı Limanı ilə əməkdaşlığa böyük əhəmiyyət veririk. Bu gün QSC-nin sədri Rövşən Rüstəmovla görüşdüm və biz müvafiq məsələləri ətraflı müzakirə etdik", - deyə Jiang Vei əlavə edib.
visiontv.az