İranın artıq atom bombası hazırlamasının vaxtı çatıb
15.07.2026

Əhməd Bəxşayeş Ərdistani, İran Məclisinin Milli Təhlükəsizlik Komissiyasının üzvü, İLNA xəbər agentliyinə bildirib:

“İranın artıq atom bombası hazırlamasının vaxtı çatıb. Çünki bunun bədəlini kifayət qədər ödəyib və bu yolda kifayət qədər qarşıdurmalar yaşayıb. Buna görə də artıq bombanı hazırlamaq lazımdır.”

O, İranın nüvə silahı hazırlamağa cəhd edəcəyi təqdirdə beynəlxalq ictimaiyyətin ölkəyə qarşı vahid mövqe tutması ehtimalı ilə bağlı suala cavabında deyib:

“Məgər indi İrana qarşı beynəlxalq birlik yoxdur? ABŞ hər gün bizimlə müharibə vəziyyətindədir. 60 min hərbçisini, gəmilərini, freqatlarını və hərbi dəniz qüvvələrini Oman dənizində və Hind okeanında yerləşdirib. Deməli, bu birlik artıq indi də mövcuddur.”

visiontv.az