İranda qadınlar üçün ilk hərbi hazırlıq mərkəzi fəaliyyətə başlayıb
12.11.2026

İranda qadınlar üçün ilk ümumi hərbi hazırlıq mərkəzi fəaliyyətə başlayıb.

Məlumata görə, “Can Fəda” adlı təlim mərkəzi Tehranda, Azadi meydanının qərb tərəfində istifadəyə verilib. Mərkəzin yaradılmasında məqsəd qadınların “Can Fəda” kampaniyası çərçivəsində təşkil olunan təhsil proqramlarında və digər fəaliyyətlərdə iştirakını təmin etməkdir.

Beləliklə, İran qadınların da cəlb olunduğu hərbi hazırlıq proqramını institusional səviyyəyə keçirməyə başlayır.

visiontv.az