İki həftədən çoxdur ABŞ və İsrail İrana hava zərbələri endirir, ölkədə milyonlarla insan evindən didərgin düşüb. Qonşu ölkələr isə mümkün qaçqın axınının humanitar böhran yarada biləcəyindən narahatdır.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNCHR) bildirib ki, regionda potensial humanitar ehtiyaclara hazırlaşır, 3.2 milyon insan İran daxilində məcburi köçkünə çevrilib, çoxu Tehrandan qaçır. Martın 13-də Tehran münaqişənin ən ağır bombardmanına məruz qalıb.
UNCHR indilik qaçqın axınının idarə olunduğunu bildirir. Türkiyə ilə sərhəddə İranı gündə təxminən 1300 nəfər tərk edir. Bəzi günlər daha çox İrana gələn olur, nəinki gedən. Onlar ya əmlaklarını qorumağa qayıdırlar, ya da xərclərə görə başqa yerdə uzun müddət qala bilmirlər.
Ermənistanla sərhəddə İrandan çıxanların dediyinə görə, hakimiyyət yalnız əcnəbilərə və ikili vətəndaşlığı olanlara çıxmağa icazə verir.
BMT İranda məcburi köçkünlərin, əsasən, şimala üz tutduğunu bildirir. Ailələr qohumlara, dost-tanışa üz tuturlar.
Qəfil insan axını İranın yoxsul, iqtisadi baxımdan təcrid olunmuş regionunda ərzağa, vacib mallara tələbatı yüksəldib. Bəzi məhsulların 10 dəfəyədək bahalandığı deyilir.
visiontv.az