İranda hicabsız konsert verən müğənninin cəzası ağır oldu
02.10.2026

İranda məcburi hicab qaydalarına əməl etmədən konsert verən 29 yaşlı müğənni Pərəstu Əhmədiyə verilən 74 şallaq cəzası Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.

Qum əyalətinin Apellyasiya Məhkəməsi müdafiə tərəfinin şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qərarını dəyişmədən saxlayıb. Qərara əsasən, xanım Əhmədiyə iki il müddətinə audiovizual fəaliyyətlə məşğul olmaq və ölkəni tərk etmək də qadağan edilib.

Müğənninin vəkilləri apellyasiya şikayətinin məhkəmə iclası keçirilmədən rədd edildiyini bildiriblər. Xanım Əhmədi isə sosial media hesabında çıxarılan qərarın yekun olduğunu açıqlayıb.

Xatırladaq ki, müğənni 2024-cü ilin dekabrında “YouTube”da yayımlanan təxminən 27 dəqiqəlik konsertdə hicab taxmadan çıxış edib.

visiontv.az