Avropa Parlamentinin deputatı və parlamentin İran xalqı ilə əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Hana Neuman İranın Fransadakı səfirliyinin səfir Məhəmməd Əminnejad ilə görüşməklə bağlı xahişini rədd etdiyini bildirib.
Xanım Nouman çərşənbə axşamı öz cavab mətnini paylaşaraq yazıb: "Mənim ofisimin qapıları İran xalqının üzünə açıqdır; onlara qarşı repressiya nümayəndəsi və icraçısı olanların üzünə yox".
O, paylaşımında İran rejimini ölkədə müxalifləri təzyiq altında saxlamaqda, ölkədən kənarda isə tənqidçiləri, jurnalistləri və hüquq müdafiəçilərini təqib etməkdə ittiham edərək vurğulayıb ki, diplomatik münasibətlər İranın transmilli fəaliyyətləri üçün "qalxan"a çevrilməməlidir.
visiontv.az