İranda “Ceyş əl-Ədl” terror qruplaşmasının üzvü edam edilib.
İranın məhkəmə hakimiyyəti “Ceyş əl-Ədl” terror qruplaşmasının əsas üzvlərindən biri Ömər Dorrəstaranın edam edildiyini açıqlayıb.
Qruplaşma İranda “Ceyş əl-Zülm” adı ilə də tanınır.
İranın məhkəmə hakimiyyətinin məlumatına görə, Ömər Dorrəstaran terror qruplaşmasının əsas fiqurlarından biri olub. O, qruplaşma üzvləri üçün yaşayış yeri təmin etmək, silahlı şəxslərin İran ərazisinə daxil olmasını asanlaşdırmaq, onları və əməliyyat qruplarını daşımaq, terror hücumlarının həyata keçirilməsi üçün uyğun mövqelər müəyyənləşdirmək, silah-sursat təmin etmək və hərbi bazaların yerini müəyyənləşdirmək kimi fəaliyyətlərdə iştirak edib.
Məlumata əsasən, o, Sistan və Bəlucistan əyalətinin Rask şəhərində polis məntəqəsinə qarşı törədilən terror hücumunun dəstəklənməsində də rol oynayıb. Həmin hücum nəticəsində 11 polis əməkdaşı həlak olub.
visiontv.az