ISNA xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçı iraqlı həmkarı Fuad Hüseynlə telefon danışığında bölgədə baş verən son hadisələri müzakirə ediblər.
Əraqçı söhbət zamanı ABŞ-nin son addımlarına toxunaraq deyib: “ABŞ rəsmilərinin İrana təzyiq göstərmək üçün səsləndirdiyi “iddiaların” heç bir əsası yoxdur”.
Onun sözlərinə görə, “qonşu və dost ölkələr Amerikanın fitnə və təfriqəçiliyindən ehtiyatlı olmalıdırlar”.
visiontv.az