Tehranda hicab tərəfdarları aksiya keçirdilər
31.03.2025

İranda məcburi hicab qaydalarının tətbiq edilməsinin tərəfdarları Tehranda İran parlamenti qarşısında aksiya keçiriblər.

Bu barədə yerli media məlumat yayıb.

Mühafizəkar siyasi dairənin və Məsud Pezeşkian hökumətinin əleyhdarlarının təşkil etdiyi aksiyada məcburi hicab qanununun elan edilməməsinə görə parlament sədri Məhəmmədbaqir Qalifabı tənqid ediblər.

“Qalibaf hicab hökmünü icra et!”, “Bizə nağıl danışma!” kimi şüarlar səsləndirən etirazçılar, “Hicab və İffət Qanunu”nun həyata keçirilməsini tələb ediblər. 

Qeyd edək ki, Məsud Pezeşkianın da əleyhinə olduğu “Hicab və İffət Qanunu”nun tətbiqi, ölkədə yeni etiraz aksiyalarının başlanmasına səbəb olacağı ehtimalına görə təxirə salınıb.

 İran Ali Mədəni İnqilab Şurası qanunun tətbiqini təsdiqləsə də, Ali Milli Təhlükəsizlik Şurası bunun indiki gərgin mərhələdə təhlükəli olduğu qənaətindədir.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8