Ramzan Kadırov və Kreml arasında münasibətlər gərgin olaraq qalır. Çeçenistan rəhbərinin qızı Aişat Kadırova Baş nazirin müavini vəzifəsindən istefa verib. 26 yaşlı Aişat humanitar sahələri kurasiya edirdi. Son günlər yayılan məlumata görə FSB Kadırovun bəzi aktivlərinə həbs qoyub, özünü və ailə üzvlərini ciddi nəzərə götürüb.
Kremlin bu şəkildə qəzəbləndirən amil isə Çeçenistan rəhbərinin Moskvadan müstəqil şəkildə ərəb monoxrları ilə gizli danışırlara getməsi, özü və ailəsinin təhlükəsizliyi üçün onlardan təminat almaq istəməsi olub. Ramzan Kadırovun ağır xəstə olduğu, hakimiyyəti tədricən oğlu Əhmədə ötürəcəyi bildirilirdi. Kreml artıq Çeçenistanın Moskvadakı nümayəndəsi rolunda fəaliyyət göstərən Dövlət Dumasının deputatı Adəm Dəlimxanovdan izahat tələb edib. Kadırovun Rusiya şəhərlərindəki çoxsaylı əmlakına nəzarət edən Dəlimxanovun da FSB tərəfindən nəzarətə götürüldüyü bildirilir. Əslində, son zamanlar İnquşetiyanın keçmiş rəhbəri, Rusiya Müdafiə nazirinin müavini, general - leytenant Yunusbek Yevkurovun ordu içində sürətli yüksəlişi Kadırovun qələminin qırılacağını göstərirdi. Yevkurov və Kadırov arasında münasibətlər düşmənçilik səviyyəsindədir. General İnquşetiyaya rəhbərlik etdiyi dövrdə Kadırov İnquşetiyanın Çeçenistanla sərhəd olan bir neçə kəndinin onlara verilməsi istiqamətində fəaliyyət başlamışdı. Yevkurovun fəaliyyəti nəticə vermədi. Nəticədə Nazrandan uzaqlaşdırılan general Rusiya Müdafiə nazirinin müavini təyin edilərək Moskvaya gətirildi. Son zamanlar Yevkurovun mövqeləri xeyli güclənir və onun yaxında Rusiya ordusunun Baş Qərargah rəisi təyin ediləcəyi gözlənilir. Nəzərə alaq ki, Vaqner sıradan çıxarıldıqdan sonra onun hərbi gücü də Putinin əmri ilə Yevkurova verilib. Hazırda inquş rəhbərin əsas istədiyi Axmadı nəzarətə almaqdır. Əgər Yevkurov Baş Qərargah rəisi təyin edilərsə ehtimal ki, buna nail olacaq. Görünən odur ki, Kreml arıq istifadə müddəti bitmiş Ramzan Kadırovdan imtina etməyə hazırlaşır.
Zeynal Əmrəliyev
visiontv.az