ABŞ Avropadan yan keçməklə, birtərəfli qaydada Rusiyaya qarşı sanksiyaları ləğv edə bilərmi?
31.03.2025

ABŞ-da Rusiyanın üzərindən sanksiyaların ləğvi barədə bəyanatlar səslənən zaman, Avropa Rusiya üzərindən sanksiyaların ləğvini istisna edir. Məntiqli sual yaranır, ABŞ birtərəfli qaydada sanksiyaları ləğv edə bilərmi?

Geniş anlamda ABŞ və Avropanın Rusiyaya qarşı tətbiq etdikləri sanksiyalar – eynidir: eyni fiziki şəxslər, eyni şirkətlər, eyni məhsullar (qaz, neft, alüminium, almaz, xəz, kürü və s.), iqtisadi sektorlar, Rusiya idarəetmə orqanları və s.

Amma və lakin...

Əsas fərq – dondurulmuş Rusiya aktivlərinin 90%-nin Avropa İttifaqında (Aİ) olmasıdır.

Bundan əlavə, Rusiyanın ən ağrılı yerlərindən biri: Beynəlxalq ödəniş sistemi SWIFT-in Aİ-nin səlahiyyətindədir.

Aİ enerji məhsullarına qarşı ABŞ-dan daha çox sanksiya tətbiq edib, çünki Aİ Rusiyadan neft, qaz, mazut və s. daha çox alırdı.

Bu amillər Aİ üçün böyük üstünlük və təsir "rıçağıdır", həmçinin müharibənin bitməsi prosesində iştirakın zəmanətidir. ABŞ Avropanın razılığı olmadan, Avropa sanksiyalarını ləğv edə bilməz (bu, Şimal Axını-2-yə də aiddir. ABŞ Şimal Axını-2-ni alsa belə, kansler Mertsin razılığı bu kəmər olmadan işləməyəcək, Mertsin müsbət mənada nə dərəcədə aqressiv olduğunu isə bilirik).

Kamran Cəfərov

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8