Qəzvin həbsxanasında 2 məhbus edam edilib
30.03.2025

Narkotik cinayətləri ilə bağlı ittihamlarla əvvəllər ayrı-ayrı işlərdə edam cəzasına məhkum edilmiş iki məhbusun hökmləri Qəzvinin Çubindər həbsxanasında icra olunub.

Edam edilən məhbusların Zəncandan olan 28 yaşlı Heydər Səfdari və Qəzvindən olan 30 yaşlı Söhrab Niyazi olduğu müəyyən edilib.

Söhrab Niyazi üç il əvvəl, Heydər Səfdari isə təxminən iki il əvvəl narkotik cinayətləri ilə bağlı təqsirləndirilərək həbs edilmiş və sonra məhkəmə orqanları tərəfindən ölüm cəzasına məhkum edilmişdi.

Bu hesabatın yazıldığı vaxta kimi, bu məhbusların edamı nə həbsxana rəhbərliyi, nə də məsul qurumlar tərəfindən açıqlanmayıb.

İran İnsan Haqları Fəalları Dərnəyinin Statistika, Nəşr və Əsərlər Mərkəzinin illik statistikasına əsasən, 2024-cü il yanvarın 1-dən 2024-cü il dekabrın 20-dək İran həbsxanalarında ən azı 930 məhbus edab edilib.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8