Deyirlər, poeziya şerdir, nəğmədir. Deyirəm, poeziya nəsrdə, rəsmdə, hətta musiqidə də ola bilir. Vurğunun şeri, Cəfərin nəsri, Üzeyirin musiqisi başdan-başa poeziyadır. Şer də, nəsr də, rəsm də formadır, sözün, fikrin təsvir formasıdır...
Poeziya forma deyil, ruhun halıdır, daha doğrusu, vergili ruhun coşmasıdır, sel kimi axmasıdır. Bəli, poesiya su kimi axır və öz çuxurunu tapır. Bu çuxur şer də ola bilər, nəsr də, musiqi də... Məsələn, bülbülün ğülə qonması, cəh-cəh vurması poeziyadır. Hansı formada olursa, olsun...
Qalib ARİF
visiontv.az