“İran parlamenti Tramp və Netanyahunu öldürəməyə görə mükafat təyin edəcək”
19.05.2026

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Mahmud Nəbəvian bildirib ki, ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun a*radan g*ötürülməsini təşviq edən qanun layihəsi yaxın günlərdə parlamentdə səsverməyə çıxarıla bilər.

Onun sözlərinə görə, təşəbbüs bu iki siyasi liderə qarşı hərəkət edəcək şəxs üçün “mükafat” nəzərdə tutur.

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları yenidən başlada biləcəyi ehtimalına toxunan millət vəkili, hər hansı hücum halında İranın cavabının “dağıdıcı” olacağını iddia edib.

visiontv.az