İran Hörmüz boğazının idarə olunması üzrə yeni qurumun rəsmi olaraq fəaliyyətə başladığını açıqlayıb.
Məlumata görə, Fars Körfəzi Boğazı İşləri İdarəsi (PGSA) rəsmi “X” hesabını aktivləşdirib və burada Hörmüz boğazında baş verən proseslərlə bağlı real vaxt rejimində yeniləmələr paylaşacağını bildirib.
Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurası və SEPAH-ın Hərbi Dəniz Qüvvələri sosial mediada məlumat yayıb.
visiontv.az