Hörmüz boğazı hazırda sərbəst gəmiçilik üçün bağlıdır, boğazdan istənilən keçid isə yalnız İranla razılaşdırma əsasında həyata keçirilməlidir.
Bu barədə İran Silahlı Qüvvələrinin Qərargah rəisi və əlaqələndirmə üzrə müavini admiral Səyyari bəyan edib.
"Əgər Hörmüz boğazı bağlı olmasaydı və neft buradan maneəsiz keçə bilsəydi, ABŞ-də benzin qiymətləri artmazdı", - deyə o, vurğulayıb.
Səyyari həm də beynəlxalq qüvvələrin ünvanına sərt xəbərdarlıq edərək qeyd edib ki, istənilən icazəsiz tranzit cəhdi dərhal cavab tədbirləri ilə nəticələnəcək.
"Boğazdan iatənilən keçid həyata keçiriləcəksə, o, İranla razılaşdırılmalıdır. Əks halda, xəbərlərdə nə baş verəcəyini görəcəksiniz", - deyə o, bəyan edib.
visiontv.az