Hörmüzqan əyalətində dəmir yolu infrastrukturuna endirilən zərbədən sonra Bəndər-Abbasdan hərəkət edən sərnişin qatarlarının marşrutu dəyişdirilib.
Bunu dövlət dəmir yolu operatoru bildirib.
Qurumun məlumatına görə, sərnişinlər əvvəlcə avtobuslarla Bəndər-Abbas stansiyasından Fin şəhərinə aparılacaq, daha sonra isə səfərlərini qatarla davam etdirəcəklər.
İran KİV-lərinin məlumatına əsasən, Bəndər-Abbasdan təxminən 10 kilometr qərbdə yerləşən dəmir yolu qovşağı gecə saatlarında zərbəyə məruz qalıb. Hadisə nəticəsində iki nəfər yaralanıb, stansiyaya isə ziyan dəyib.
Həmin dəmir yolu qovşağı Bəndər-Abbas və Şəhid Rəcai limanına xidmət göstərən sərnişin və yük daşımalarını birləşdirən əsas nəqliyyat xəttidir.
visiontv.az