Ukrayna hakimiyyətindəki ziddiyyətlər müharibənin gedişinə mənfi təsir edə bilər
17.07.2026

Ukrayna prezidentinin müdafiə naziri M. Feodorovu müdafiə naziri vəzifəsindən azad etməsi daxili intriqaların nəticəsifir. Müdafiə naziri M. Feodorov bir növ korrupsiya qarşı mübarizə və daxili intriqaların qurbanı oldu. Ukraynanın Rusiyaya qarşı artan texnoloji silah üstünlüyünə nail olması və Rusiyanı küncə sıxışdırması vaxt onun istefaya göndərilməsi suallar yaradır. Məhz M. Feodorvun işinin sayəsində Ukrayna kifayət qədər uğur qazana bilib.

Görünür, müharibənin davam etməsində və Ukraynanın üstünlük qazanmamasına çalışan qüvvələr var.

Qeyd edim ki, müharibənin bütün texnoloji və digər lojistikasını Qərb hayata keçirir. Bu logistikanı yüksək səviyyədə idarə etmək və korrupsiyanın qarşısını almaqla Feodorov kifayət qədər nüfuz qazanmışdı.

Ukrayna qoşunlarının Baş komandanı Srıski etnik cəhətdən rusdu. General Srıski M. Feodorvun üzərində qələbə əldə etdiyini qeyd etmek olar. Çünki, bu intriqa iki şəxs arasında davam edib. General Srıski sistemin adamı və konservativ olaraq mülki şəxsin uğurlu əməliyyat planına razı ola bilməzdi.

Qeyd edim ki, V. Zelenski müharibədə üstünlük bir şəxsin yox, bütün komandanın işi olduğu vurğulaması diqqət çəkdi. Bununla da V. Zelenski müdafiə nazirinin uğurunu qəbul etmədiyini də qeyd etmiş oldu.

Ukrayna silahlı qüvvələrinin komandanlığı siyasiləşmiş və korrupsiyalaşmış generalitetdən ibarətdir. V. Zelenski ölkəsində korrupsiya və hüquqsuzluğa qarşı mübarizədə zəiflik nümayiş etdirir.

Bu istefa Ukrayna qoşunlarının hücum əməliyyatlarına müəyyən təsir edəcək.

Məhəmməd Əsədullazadə

visiontv.az