Etiraz aksiyaları zamanı İran bayrağını yandırdıqlarına görə, Tehran universitetinin 40 tələbəsinə qarşı inzibati iş açılıb.
Bu haqda "Daneşcu" xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, buna görə iki tələbə universitetdən qovulsa da, başqa tələbələr barədə verilən qərar açıqlanmayıb.
Qeyd edək ki, yanvar ayında, yanvar ayında ölkə miqyasında baş verən etirazlardan sonra universitetlərin yenidən açılması ilə eyni vaxtda İranın bir çox universitetində tələbələr tərəfindən genişmiqyaslı etiraz mitinqləri keçirilmşdir.
visiontv.az