Venesiya Film Festivalı bugünlərdə sözün həqiqi mənasında tarixi bir anın şahidi oldu. Yəhudi əsilli rejissorlar Yuval Abraham və Raxel Şor yeni "NAZA" ("Nazis") sənədli filmi ilə bütün dünya birliyinin diqqətini bir daha Qəzzada baş verən qan dondurucu hadisələrə yönəltməyi bacardılar.
Bu, sadəcə bir film deyil. Bu, real əsgərlərin real açıqlamalarının toplusudur.
Belə ki, "NAZA" sənədli filmindəki faktlar İsrail ordusundan (ÇAXAL) və kəşfiyyat xidmətlərindən olan 24 anonim şəxsin ifadəsinə əsaslanır. Onlar əvvəllər səssiz, gizli saxlanılan faktları bu filmdə ortaya qoyurlar. Qəzzada kütləvi qırğınlar üçün müşahidə sistemlərindən və süni intellektdən istifadə edilməsi də burada etiraf olunur.
Rejissor Yuval Abraham festivaldakı çıxışında filmdə göstərilənlərin "qəza" və ya "səhv" olmadığını, bunun "çox sistemli bir proses" olduğunu bildirdi.
Film festivalın ən yüksək mükafatı olan "Qızıl Aslan" mükafatına namizəd göstərilib.
Göründüyü kimi, hətta bir saatlıq, saatyarımlıq kiçik bir sənədli film də tarixin axarına ciddi təsir göstərə bilir.
Bəybala Mirzəyev
visiontv.az