İndoneziyada bərə yanğını: İtkin düşən 28 nəfərin axtarışı davam edir
04.08.2026

İndoneziyada axtarış-xilasetmə qrupları Madura adası yaxınlığında sərnişin gəmisində baş vermiş yanğın nəticəsində itkin düşən 28 şəxsin tapılması istiqamətində işləri davam etdirirlər.

Visiontv.az  xəbər verir ki, bu haqda "Reuters" agentliyi yerli polis orqanlarının açıqlamasına istinadən məlumat yayıb.

Bildirilir ki, gəmidə ümumilikdə 271 nəfər olub. Beş nəfər həlak olub, 238 nəfəri xilas etmək mümkün olub. Axtarış-xilasetmə əməliyyatı davam edir. "Polis xilasetmə xidməti və hərbi-dəniz qüvvələri ilə birlikdə itkin düşənlərin axtarışı üçün yeddi gəmi və bir helikopter cəlb edib", - deyə açıqlamada qeyd edilir.

visiontv.az