Güneyli yeniyetməyə ağır həbs cəzası verildi
16.07.2026

Güney Azərbaycanın Qəzvin şəhərindən olan 17 yaşlı Əmirəli Qacari üç il müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, Qəzvin İnqilab Məhkəməsi həbs cəzası ilə yanaşı, Qacarinin cəzasını başa vurduqdan sonra 8 ay müddətində Bələdiyyədə məcburi və ödənişsiz təmizlik işlərində çalışmasını da qərara alıb.

Bildirilir ki, yeniyetmə bu ilin yanvarında keçirilən etiraz aksiyalarında iştirak etdiyinə görə mühakimə olunub.

Məlumata əsasən, yeniyetmə fəal tutulduqdan sonra 8 gün ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinin təcridxanasında saxlanılıb. Onun istintaq dövründə işgəncəyə və fiziki zorakılığa məruz qaldığı, aldığı xəsarətlər səbəbindən xəstəxanaya yerləşdirildiyi və 14 gün müalicə aldığı açıqlanıb.

visiontv.az