“Cəmiyyətimizdə parçalanma yaradan hər bir söz, hər bir addım yalnız gücümüzü sarsıdır və zəiflədir”. Prezident Məsud Pezeşkian bildirib ki, İran indi “daxili birlik və həmrəyliyə diqqət yetirməlidir”.
-ABŞ prezidenti son günlər İran xalqına kobud və təhqiramiz ifadələrlə müraciət edib. O sosial şəbəkələrdə İran adalarından birinin quru əməliyyatı zamanı ələ keçirilməli olduğunu bəyan edib. ABŞ prezidentinin bu ritorikasına bizim ilk cavabımız nə olmalıdır?
-“Onlar boş ritorikalarını davam etdirir və bu cür bəyanatlar verirlər. Amma məsələ başqadır: onlar döyüş meydanında məqsədlərinə çata bildilərmi? İranımızı tikə-tikə parçalamaq istəyən o insanlar sonda nə əldə etdilər? Praktikada isə biz əqidəmizə və inancımıza uyğun olaraq torpağımızın hər qarışını müdafiə edəcəyik. Onların səsləndirdiyi bu kobud və yonulmamış sözlər özlərinə yaraşır, bizə yox”.
-Bəs İran xalqının bundan sonrakı yolunu necə qiymətləndirirsiniz?
-“Bizim ilk addımımız daxili birlik və həmrəyliyə diqqət yetirmək zərurətidir. Cəmiyyətimizdə parçalanma yaradan hər bir söz, hər bir addım yalnız gücümüzü sarsıdır və zəiflədir”.
visiontv.az