Ermənistana aid 100-ə yaxın yük maşını günlərdir Rusiyaya girişdə dayanıb
28.05.2026

Ermənistanda parlament seçkilərinə iki həftə qaldığı bir vaxtda Rusiya bu ölkəyə qarşı iqtisadi məhdudiyyətlər tətbiq edərək yerli məhsulların daxili bazara daxil olmasına qadağa qoyub.

AzadlıqRadiosunun erməni xidməti 100-ə yaxın yük maşınının günlərdir Rusiyaya girişdə dayandığını yazır. Sürücülər "Azatutyun" radiosuna bunun siyasi təzyiq olduğunu deyiblər. Sürücülərdən biri "Bütün bunlar fərqli bir seçim etsək, başımıza nə gələcəyinə dair bir xəbərdarlıqdır", — deyə bildirib.

visiontv.az