2017-ci ilin əvvəlindən 2025-ci ilin sonuna kimi İran həbsxanalarında 766 sünni məzhəbli etnik bəluc edam edilib.
Bu barədə Bəlucistan İnsan Hüquqları Sənədləşdirmə Şəbəkəsi məlumat yayıb.
Məlumata görə, 529 nəfər narkotik maddələrin alverinə, 34 nəfər siyasi ittihamlara və qalanlar isə müxtəlif ittihamlara görə edam ediliblər.
İran əhalisinin təxminən 5 faizini təşkil etmələrinə baxmayaraq, bəluc vətəndaşları bu dövrdə ölkənin etnik qrupları arasında ən yüksək edam nisbətinə sahib olublar.
İnsan haqları fəalları bunu fundamental ayrı-seçkiliyin, geniş yayılmış məhrumiyyətlərin və ədalətli məhkəmə prosesinə qeyri-bərabər çıxışın əlaməti kimi dəyərləndirirlər.
visiontv.az