Razılaşma üçün İrana pul verilməyəcək
27.05.2026

Qətərin razılaşma əldə etmək üçün İrana 12 milyard dollar təklif etdiyi barədə məlumatlar həqiqətə uyğun deyil.

Bunu Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Maced əl-Ənsari özünün X hesabında yazıb.

"Bu iddialar razılaşmanı və bölgədə gərginliyi azaltmaq və sabitlik yaratmaq üçün davam edən diplomatik səyləri pozmağa çalışan tərəflər vasitəsilə yayılır",- o əlavə edib.

Qeyd edək ki, dünən SEPAH-a bağlı "Təsnim" xəbər agentliyi İran parlamentinin sədri Məhəmməd Baqr Qalibaf, xarici işlər naziri Abbas Əraqçı və İRan Mərkəzi Bankının sədri Əbdülnasir Himmətinin Qətərə səfərinin bloklanmış vəsaitlərin bir hissəsinin azad edilməsi məqsədi daşıdığını iddia edib.

visiontv.az