İsrail 15 ildən sonra mövcud olmayacaq
28.05.2026

Bunu İran rəhbəri Müctəba Xamənei Həcc mərasimi ilə bağlı yaydığı mesajda deyib.

İranın yeni rəhbəri, atası Əli Xaməneinin 10 əvvəl İsrailin məhv olacağı ilə bağlı çıxışına işarə edərək, proqnozlaşdırılan vaxtın 10 ilinin keçdiyini və qarşıdakı 15 ildə İsrailin yer üzündən silinəcəyini söyləyib:

"İsrail mənfur həyatının son mərhələlərinə yaxınlaşır və allahın lütfü ilə, ulu öndərin (Əli Xaməmei-red) qətiyyətli və gələcəyə yönəlmiş sözlərinə uyğun olaraq, allah qoysa onun proqnozlaşdırıdığı tarixdən 25 il sonra İsrail olmayacaq".

Bu mesaj İsrail və ABŞ-ın İranın keçmiş lideri Əli Xamənei də daxil olmaqla, hökumətin yüksək vəzifəli siyasi və hərbi rəsmilərini öldürdüyü, İslam Respublikasının nüvə proqramının böyük bir hissəsini məhv etdiyi və son bir ildə iki müharibə zamanı İranın hərbi və iqtisadi obyektlərini və infrastrukturunu ciddi şəkildə zəiflətdiyi bir vaxta təsadüf edir.

Qeyd edək ki, Müctəba Xamənei İslam Respublikasının lideri təyin olunduğundan bəri onun heç bir səsi və ya görüntüsü yayımlanmayıb. Yeni rəhbərin adından yalnız yazılı mesajlar yayılıb.

visiontv.az