İran Məhkəmə Sistemi bu gün, çərşənbə günü Ərdəbil şəhərindən olan azərbaycanlı türk siyasi məhbus Qulamrza Xanı Şəkərab “İsrail üçün kəşfiyyat və informasiya əməkdaşlığı” ittihamı ilə edam edib.
Mizan agentliyinin verdiyi xəbərə görə, hökm Ali Məhkəmədə təsdiqləndikdən sonra bu şəxs asılaraq edam olunub.
İnsan haqları mənbələrinə görə, o, istintaq və məhkəmə prosesi boyunca seçdiyi vəkilə çıxış hüququndan məhrum edilib və məhkəmə prosesi yalnız təzyiq altında alınmış etiraflara əsaslanıb.
Xatırladaq ki, onun edam edilməsindən qısa müddət öncə Fars xəbər agentliyi xəbər yayaraq onun xarici ölkədən oğurlanaraq İrana gətirildiyini etiraf etmişdi. Agentlik əməliyyatın dəqiq yer və vaxtı barədə məlumat verməyib.
visiontv.az