Ermənilər hər bir cəbhədə təxribata əl atırlar. İndi isə bütün gücləri ilə xarici ölkələrin parlamentlərinə, siyasi partiyalarına və beynəlxalq təşkilatlara zəng edir, imdad diləyir və saxta məlumatlar təqdim edirlər. Ermənilərin dəstəyi ilə ABŞ Konqresinin Kaliforniyadan olan üzvü Jackie Speier Beynəlxalq əlaqələr komitəsində müzakirə olunması üçün 1165 nömrəli qətnamə layihəsini təqdim edib.
Layihə birmənalı olaraq heç bir beynəlxalq hüquqi və siyasi məntiqə uyğun deyil və orada göstərilən bütün iddialar tabloid mediada dərc olunan məlumatlar əsasında hazırlanıb.
Layihəyə erməni icmalarının kompakt yaşadıqları dairələrdən 56 konqres üzvü qoşulub. Sənəd təyin olunmamış bir müddətdə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin nümayəndələri tərəfindən nəzərdən keçiriləcək.
Bununla əlaqədar olaraq, Dağlıq-Qarabağ münaqişəsi və Ermənistanın hərbi-siyasi rəhbərliyinin provokasiyaları nəticəsində baş verən hadisələr barədə beynəlxalq hüquqa uyğun, obyektiv məlumatlar əsasında müraciət hazırladıq.
Son bir həftə ərzində, köməkçim Səttar Məmmədovla birgə layihəyə dəstək verən 56 ABŞ Konqres üzvünə və layihənin müzakirə edilməsi nəzərdə tutulan Beynəlxalq əlaqələr komitəsinin 47 üzvünə individual müraciətlər ünvanladıq.
Bir neçə konqresmen artıq müraciətimizə cavab verib. Bəzilərinin ümumilikdə bu münaqişə ilə bağlı məlumatı yoxdur, bəzilərinin isə qərəzli yanaşması var. Növbəti 10 gün ərzində ABŞ konqresmenləri tərəfindən daxil olan cavablar ümumiləşdirib, nəticəsi barədə sizlərə məlumat verəcəm.
İndi isə növbə Belçika Parlamentidir. Ermənilər növbəti təxribatı orada etmək istəyirlər.
Bütün cəbhələrdə cavabımız birdir.
Qarabağ Azərbaycandır!
Visiontv.az