Avstriyada bu yay ikinci dəfə ən yüksək hava təhlükəsi xəbərdarlığı edilib
04.08.2026

Avstriya hakimiyyəti kəskin isti hava şəraiti səbəbindən cari yay mövsümündə artıq ikinci dəfə ən yuxarı - "qırmızı" - hava təhlükəsi səviyyəsini tətbiq edib.

Visiontv.az  xəbər verir ki, bu məlumatı "Geosphere Austria" meteorologiya  xidməti açıqlayıb.

Qurumun məlumatına görə, ən isti hava şəraiti dövlətin şərq bölgələrində - Vyana şəhərində, həmçinin Burgenland və  Aşağı  Avstriya federal əyalətlərində proqnozlaşdırılır.

Yaxın günlərdə qeyd olunan ərazilərdə havanın temperaturu +39 dərəcəyə qədər yüksələcək.

visiontv.az