Avropa İttifaqı (Aİ) kənd təsərrüfatı sahəsinə dəstək üçün 220 milyon avro ayrılması barədə Ukraynanın sorğusunu faktiki olaraq rədd edərək, Kiyevə artıq mövcud olan yardım mexanizmləri və proqramlarından istifadə etməyi tövsiyə edib.
Bu barədə Avropa Komissiyasının nümayəndəsi Markus Lammert Brüsseldə keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, Ukraynanın kənd təsərrüfatı nazirinin avqustun 7-də Avropa Komissiyasına göndərdiyi müraciətə cavab olaraq, Komissiya ölkənin aqrar sahəsinə kömək üçün artıq mövcud olan alətlərə istinad edib.
Xüsusilə, ukraynalı fermerlər kreditlər üzrə faiz dərəcələrinin subsidiyalaşdırılması da daxil olmaqla, "Ukraine Plan" çərçivəsində artıq dəstək alırlar.
Bundan əlavə, Avropa Komissiyası sahibkarlara, o cümlədən fermerlərə maliyyə ayıran Ukrayna banklarının kreditləşdirmə proqramlarını dəstəkləyir. Lammertin sözlərinə görə, bu proqramlar likvidlik çatışmazlığı yaşayan kənd təsərrüfatı istehsalçılarına kömək edə bilər.
"Avropa Komissiyası Ukrayna hakimiyyəti ilə Qara dənizdəki vəziyyəti və Rusiyanın atəşə tutmasının, o cümlədən ölkənin ərzaq ixracının, ilk növbədə taxılın daşınması üçün nəticələrini müzakirə etməyə davam edir", - Lammert qeyd edib.
Həmçinin Aİ ərazisindən keçən "həmrəylik dəhlizləri" adlandırılan alternativ ixrac marşrutları məsələsi üzrə Ukrayna, Rumıniya və Moldova ilə koordinasiya həyata keçirilir.
visiontv.az