AEBA: İranın nüvə obyektlərinin vurulduğuna dair heç bir əlamət yoxdur
02.03.2026

İranın nüvə obyektlərinin vurulduğuna dair heç bir əlamət yoxdur.

Visiontv.az  APA - ya istinadən xəbər verir ki, bunu  Atom Enerjisi üzrə Beynəlxalq  Agentliyin (AEBA) direktoru Rafael Qrossi deyib.

O bildirib ki, nüvə obyektlərinin vurulması və ya maddi ziyana məruz qalması ilə bağlı onların əlində heç bir dəlil yoxdur.

Qrossi qeyd edib ki, İranla əlaqə qurmaq səyləri davam edir, lakin qarşı tərəfdən indiyədək heç bir cavab ala bilməyiblər.

visiontv.az