Fransa lazım gələrsə, Körfəz ölkələrini və İordaniyanı İrandan müdafiə etməyə hazırdır.
Visiontv.az “Al Arabiyya”ya istinadən xəbər verir ki, bu bəyanatla Fransanın xarici işlər naziri Jan-Noel Barro bu gün mətbuat konfransında çıxış edib.
“SEPAH-ın raket və pilotsuz uçuş aparatları ilə qəsdən hədəfə alınmış və seçmədikləri bir müharibəyə sürüklənmiş müttəfiq ölkələrə – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İraq, Bəhreyn, Küveyt, Oman və İordaniyaya Fransa tam dəstəyini və tam həmrəyliyini ifadə edir”, – nazir bildirib.
O qeyd edib ki, Fransa onların müdafiəsində iştirak etməyə hazırdır.
visiontv.az