ABŞ və İsrail İranın Natanz nüvə obyektinə zərbə endirib.
Visiontv.az APA -ya istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyindəki (AEBA) nümayəndəsi Rza Nəcəfi bildirib.
Rza Nəcəfi ABŞ və İsrailin İranın nüvə obyektlərinə hücum etdiyini açıqlayıb.
O qeyd edib ki, ötən gün baş verən zərbələr nəticəsində xüsusilə Natanz nüvə obyektinə hücum edilib. Nümayəndə digər obyektlər barədə ətraflı məlumat verməyib.
visiontv.az